RU

Bu türk ölkəsi Xəzər üçün 2,5 milyon dollar ayırdı

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Qazaxıstan hökuməti Xəzər dənizinin öyrənilməsi və qorunması üçün 1,1 milyard tenge (təxminən 2,5 milyon dollar) ayırıb.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Xəzər dənizinin hərtərəfli öyrənilməsi və qorunması, eləcə də regionun ekoloji dayanıqlığını dəstəkləmək üçün dövlət ehtiyatından Qazaxıstan Xəzər Dənizi Elmi -Tədqiqat İnstitutuna 1,1 milyard tenge (təxminən 2,5 milyon dollar) ayrılıb:

“Vəsait dəniz monitorinqi üçün avadanlıqların alınmasına, eləcə də hidrobioloji və hidrokimyəvi laboratoriyaların təchiz olunmasına ayrılır”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
axar.az

1Источники