RU

24 il əvvəl yoxa çıxan 3 uşaq anası tapıldı - FOTO

2001-ci ildə "Milad alış-verişinə çıxıram" deyərək evdən ayrılan və 24 il boyunca itkin kimi axtarılan üç uşaq anası Mişel Hundli Smitin sağ olduğu məlum olub. ABŞ-nin Şimali Karolina ştatında baş verən bu hadisə həm polisi, həm də ailəni şoka salıb.

Milli.Az xəbər verir ki, Smit 2001-ci ildə 7, 14 və 19 yaşlı uşaqlarını geridə qoyaraq evdən çıxmış və bir daha geri qayıtmamışdı. İllərlə davam edən axtarışlara FTB (FBI) belə cəlb olunsa da, heç bir iz tapılmamışdı.

Rokkingem bölgə polisi 62 yaşlı qadının "sağ və sağlam" olduğunu rəsmən elan edib. Lakin qadının şəxsi istəyi ilə onun hazırda harada yaşadığı ictimaiyyətə açıqlanmayacaq.

Qadının qızı Amanda sosial mediada həm sevinc, həm də qəzəb hiss etdiyini bildirib. Anasının onları niyə tərk etdiyi hələ də naməlumdur. Amanda anası ilə yenidən münasibət qurub-qurmayacağına hələ qərar vermədiyini, lakin onun sağ olmasından rahatlıq tapdığını qeyd edib.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
4
1
milli.az

10Источники