RU

ABŞ Alyaska və Qrenlandiyada Kanada və Danimarka ilə birgə hərbi təlimlərə başlayıb

Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) və ABŞ Şimal Komandanlığı Kanada və Danimarka ilə martın ortalarına qədər Alyaska və Qrenlandiyada keçiriləcək birgə təlimlərin başladığını elan edib.

ABŞ Şimal Komandanlığının veb saytında verilən açıqlamaya görə, "NORAD və ABŞ Şimal Komandanlığı ARCTIC EDGE 2026 (AE26) adlı birgə hərbi təlimlər Alyaskadan Qrenlandiyaya qədər olan yerlərdə keçirəcək və 13 mart 2026-cı il tarixinə qədər davam edəcək. AE26 Danimarka, Kanada, Alyaska Milli Qvardiyası və FTB və ABŞ Sahil Mühafizəsi də daxil olmaqla qurumlararası tərəfdaşların iştirakını əhatə edir."

Təlim Arktika bölgəsindəki ABŞ tərəfdaşları arasında "hazırlığı artırmaq, imkanları nümayiş etdirmək və qarşılıqlı fəaliyyət qabiliyyətini yaxşılaşdırmaq" üçün nəzərdə tutulub. İştirakçılara kruiz raketlərinə qarşı müdafiə, pilotsuz uçuş aparatlarına qarşı mübarizə və Arktikada sağ qalma və səyahət bacarıqlarını tətbiq etmək tapşırılacaq.

Əziz MUSTAFA

Избранный
23
oxumeni.az

1Источники