RU

Zelenski: Münaqişə sonunun başlanğıcı mərhələsindədir

BAKI, 24 fevral. TELEQRAF

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə Ukrayna arasında silahlı münaqişənin “sonunun başlanğıcı” mərhələsində olduğunu bildirib.

Teleqraf xəbər verir ki, o, bunu "Financial Times" qəzetinə müsahibəsində deyib.

Zelenski qeyd edib ki, aydın təhlükəsizlik zəmanətləri olmadan atəşkəs böyük risklərlə bağlıdır. Onun sözlərinə görə, Ukrayna atəşkəsə ehtiyac duyur, lakin söhbət müvəqqəti fasilədən deyil, hərbi əməliyyatların qəti şəkildə başa çatdırılmasından gedir.

Qeyd edək ki, bundan əvvəl Zelenskinin ofisi danışıqlar prosesində yekun qərarların qəbul ediləcəyi məqamın yaxınlaşdığını açıqlamışdı.

Избранный
28
teleqraf.com

1Источники