RU

Zelenskinin nüvə silahına sahibliklə bağlı sözləri Rusiyanı narahat edib

BAKI, 24 fevral. TELEQRAF

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vladimir Zelenskinin 2022-ci ildə nüvə silahına sahibliklə bağlı səsləndirdiyi iddiaların Moskvanı ciddi şəkildə narahat etdiyini bildirib.

Teleqraf xəbər verir ki, o, bunu xüsusi hərbi əməliyyatın başlanmasının dördüncü ildönümü ilə bağlı yaydığı şərhdə qeyd edib.

Zaxarovanın sözlərinə görə, Zelenskinin 2022-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransında nüvə silahına sahib olmaqla bağlı açıq şəkildə səsləndirdiyi fikirlər Rusiya və ümumilikdə strateji sabitlik üçün real risklər yaradırdı.

Diplomat əlavə edib ki, nəticədə Ukrayna dövlətçiliyinin üç əsas təməli neytral, bloklara qoşulmayan və nüvəsiz status dağıdılıb. Onun sözlərinə görə, məhz bu prinsiplər 1990-cı illərin əvvəllərində Ukraynanın beynəlxalq səviyyədə tanınmasını təmin etmişdi.

Избранный
19
teleqraf.com

1Источники