RU

Milyon dollar ın səkkiz dollara satıldığı, hamilə qadınların rinqdə döyüşdüyü şəhər VİDEO

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

La Pas Boliviyanın faktiki paytaxtı sayılan, dəniz səviyyəsindən 3 600 metr hündürlükdə yerləşən maraqlı bir şəhərdir.

Baku TV qeyd edir ki, burada insanlar uğur gətirdiyinə inandıqları amuletləri həvəslə alırlar. Hər il keçirilən Alasitas bazarında "arzuların simvolu" kimi xarakterizə olunan miniatür əşyalar satılır. Bunların arasında milyon dollar maketi də var. Yerli sakinlər inanırlar ki, bu amuleti evdə saxlamaq bolluq və qazancı cəlb edir. Qiyməti isə cəmi 8 dollardır.

"Milyon dollar"ın səkkiz dollara satıldığı, hamilə qadınların rinqdə döyüşdüyü şəhər - VİDEO

La Pasda qadınların sevimli idman növü rinqdə döyüşdür. "Çolitas" adlanan əlbəyaxa döyüşlə məşğul olan hətta hamilə qadınlar ənənəvi çoxqatlı ətəklərini çıxarmadan döyüşürlər. Bu idman növü şəhərdə böyük maraqla izlənilir.

Burada sosial sistem də diqqətçəkəndir. Hamilə qadınların müayinələrə getməsi və uşaqların sağlamlığına nəzarət üçün dövlət ailələrə pul ödəyir. Yəni bəzi hallarda xəstəxanaya pul ödəmək əvəzinə, klinikalar vətəndaşa maddi dəstək göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
oxu.az

1Источники