RU

İslam İnkişaf Bankı su itkilərinin azaldılması üçün Azərbaycana vəsait ayırdı

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İslam İnkişaf Bankı (İİB) Qarabağ suvarma kanalının yenidən qurulması üçün Azərbaycana 436.67 milyon dollar vəsait ayırıb.

Oxu.Az xəbər verir ki, bu barədə İİB "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Etibarlı suvarma sistemi ərzaq təhlükəsizliyini və kənd əhalisinin dolanışığını təmin edir. İslam İnkişaf Bankı tərəfindən ayrılmış 436.67 milyon dollar su itkilərinin azaldılması və kənd təsərrüfatı məhsuldarlığının artırılması məqsədilə Qarabağ suvarma kanalının yenidən qurulması üçün Azərbaycana yönəldilir", - deyə paylaşımda bildirilir.

Qeyd edilir ki, bu, iqlim dayanıqlığını gücləndirəcək və kənd ərazilərinin davamlı inkişafına töhfə verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
oxu.az

1Источники