Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Fevralın sonunda səmada planetar parad görünəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) öz saytında məlumat yayıb.
“Fevralın 28-də axşam səmasında bir deyil, iki deyil, altı planet görəcəyik. Merkuri, Venera, Neptun, Saturn, Uran və Yupiter gün batdıqdan az sonra peyda olacaq”, - məlumatda deyilir.
NASA aydınlaşdırıb ki, əlverişli hava şəraitində yalnız dörd planet - Merkuri, Venera, Saturn və Yupiter adi gözlə görünəcək. Bununla belə, Uran və Neptunu müşahidə etmək üçün optik alətlər tələb olunacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.