RU

Körpə xəstəxanada vəfat edib - Ailə həkimləri günahlandırırVİDEO

Zərdabda 5 günlük körpə vəfat edib. Uşağın ailəsi hadisədə həkimləri günahlandırır.

Xezerxeber.az-ın məlumatına görə, ötən il ailə quran cütlüyün təxminən bir həftə əvvəl  paytaxtdakı xəstəxanalardan birində qeysəriyyə əməliyyatı ilə oğlu dünyaya gəlib. Valideyn həmin gün uşağın sağlam olduğunu bildirir.

Daha sonra rayona qayıdan ailə körpəni yoxlamadan keçirmək üçün onu Zərdab Rayon Mərkəzi Xəstəxanasına aparıb. Körpənin atası Nurlan Qasımovun sözlərinə görə, həkimlər uşağa baxış keçirsələr də, düzgün diaqnoz qoymayıb və xəstəxanadan evə göndəriblər.

Körpənin vəziyyəti ağırlaşdığından, o, yenidən təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Bu dəfə isə uşağın təcili olaraq Bakıya aparılmasının vacibliyi bildirilib. Ailə körpəni paytaxtdakı ixtisaslaşmış tibb müəssisəsinə çatdırsa da, həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Zərdab Rayon Mərkəzi Xəstəxanasından "Xəzər Xəbər"ə bildirildi ki, iki gün əvəl yenidoğulmuş körpə üçün Zərdab Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinə müraciət olunub. Körpəyə fizioloji sarılıq diaqnozu təyin olunub. Həkim tərəfindən körpənin ümumi vəziyyəti kafi qiymətləndirilib, dərisi təmiz, az miqdarda sarılıq müşahidə olunub. Aktivliyi və refleksləri normal qiymətləndirilib. Bir gün sonra saat 02:40 radələrində körpə təkrar olaraq Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə daxil olub. Körpəyə ikterik sarılıq, nevroloji simptomatika diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.  Körpənin valideynlərinə ixtisaslaşmış tibb müəssisəsi olan Elmi-Tədqiqat Pediatriya İnstitutuna müraciət olunması tövsiyə olunub və onlar tibb müəssisəsini tərk ediblər. O da qeyd olunub ki, ana ilk dəfə Zərdab Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzində hamilə kimi qeydiyyata düşüb. Lakin hamilə müntəzəm tibbi müayinələrdən imtina edib və hamiləliyin gedişinin özəl tibb müəssisəsinin həkim-mütəxəssisi tərəfindən izlənilməsi barədə müvafiq rəsmi sənəd imzalayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
9
xezerxeber.az

1Источники