RU

Aİ Ukraynaya görə Rusiyaya tətbiq edilən sanksiyaların müddətini UZATDI

Avropa İttifaqı (Aİ) Ukraynaya qarşı təcavüzə görə Rusiyaya tətbiq edilən sanksiyaları daha bir il uzadıb.

Bizim.Media xəbər verir ki, sanksiyaların müddəti 24 fevral 2027-ci ilədək uzadılıb.
 

Söhbət Rusiyanın Ukrayna ərazilərini qanunsuz işğal etməsi ilə əlaqədar tətbiq olunan sanksiyalardan gedir.


Aİ-də bildirilib ki, Moskvanın hərəkətləri beynəlxalq hüququn normalarını, o cümlədən BMT Nizamnaməsində təsbit edilmiş güc tətbiqinə qadağanı pozmağa davam etdiyi müddətdə, ona qarşı bütün tədbirlərin qüvvədə saxlanılması məqsədəuyğundur.

Bizim.Media

Избранный
4
bizim.media

1Источники