RU

30 mindən çox borcu olan bələdiyyə sədrinə ölkədən çıxış qadağası qoyuldu

Ajans.az xəbər verir ki, Yevlax rayonun Xaldan (Xaldan, Quşçu, Yuxarı Salamabad, Aşağı Salamabad, Qaraoğlan, Əcəmi, Ərəş kəndləri və Meyvəli qəsəbəsi) bələdiyyəsinin Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə 30 985.44 manat vergi borcu yaranıb.

Bununla əlaqədar olaraq, 1988-ci il təvəllüdlü bələdiyyə sədri Röyal Kazım oğlu Cəfərov barəsində məhkəməyə şikayət edilib. Məhkəmənin hökmü ilə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. (qaynarinfo)

Избранный
1
7
Ajans.az

8Источники