AZ

8 kəndi birləşdirən bələdiyyənin sədrinə stop qoyuldu

ain.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Yevlax rayonunda yerləşən 8 kəndin bələdiyyə sədrinin ölkədən çıxışına məhkəmə tərəfindən məhdudiyyət qoyulub. 

Ölkə.az xəbər verir ki, Yevlax rayonun Xaldan (Xaldan, Quşçu, Yuxarı Salamabad, Aşağı Salamabad, Qaraoğlan, Əcəmi, Ərəş kındləri və Meyvəli qəsəbəsi) bələdiyyəsinin Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə 30985.44 manat vergi borcu yaranıb. 

1988-ci il təvəllüdlü bələdiyyə sədri Cəfərov Röyal Kazım oğlu barəsində məhkəməyə şikayət edilib. Məhkəmənin hökmü ilə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. (qaynarinfo)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
7
olke.az

8Mənbələr