RU

Qonşu ölkədə devalvasiya şoku -

İranda milli valyuta olan rial ABŞ dollarına qarşı rekord devalvasiya yaşayıb.Metbuat.az xəbər verir ki, 1 ABŞ dolları təxminən 1,4-1,6 milyon rial səviyyəsində ticarət olunur. Məlumata görə, iqtisadi böhranın müşahidə olunduğu ölkədə bu, rialın alıcılıq qabiliyyətinin kəskin şəkildə azaldığını ortaya qoyur. Bildirilir ki, bu dərin devalvasiya xalq arasında əmanətlərin yox olmasına və əsas ehtiyaclara çıxışda çətinliklərin artmasına səbəb olub. Rialın ucuzlaşmasının iqtisadi bərabərsizlik yaratdığı, 735 dolları olan şəxslərin belə "milyarder" sinfinə daxil ola bildiyi qeyd edilir. Ekspertlər bildiriblər ki, sanksiyalar, daxili iqtisadi siyasi problemlər və yüksək inflyasiya rialın çökməsində təsirli olub.

Bu vəziyyət insanların alıcılıq qabiliyyətini kəskin şəkildə azaldıb, etirazların və iqtisadi narahatlığın artmasına səbəb olub.

Избранный
13
1
metbuat.az

10Источники