RU

Koronavirusdan ölüm halları artıb - Son statistika

Bakı. Trend:

COVID-19-la bağlı son statistikaya əsasən virusdan ölüm hallarıartıb.

Trend bubarədə Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər verir.

2026-cı ildə yanvarın 5-dən fevralın 1-dək olan son 28 günlükdövrün statistikasına əsasən, 34 ölkədə COVID-19-la bağlı yeni ölümhalları qeydə alınıb. Hesabata əsasən, həmin müddətdə ümumilikdə 1873 nəfər həyatını itirib. Bu göstərici əvvəlki 28 günlük dövrləmüqayisədə artım deməkdir. Belə ki, öncəki mərhələdə 39 ölkədə 1491 ölüm halı qeydə alınmışdı.

Məlumata görə, Amerika və Avropa regionlarından olan 10 ölkədəyeni ölüm hallarının sayı 10 faizdən çox artıb. 2026-cı ilin yanvarayında yaş göstəriciləri üzrə təqdim olunan məlumatlar göstərir ki,ölüm hallarının 91 faizi 65 və daha yuxarı yaş qrupuna aid şəxslərarasında baş verib.

Hesabat dövründə ÜST-ün üç bölgəsində 59 ölkədə yeni COVID-19yoluxmaları qeydə alınıb. Ümumilikdə 47 004 yeni hal təsdiqlənibki, bu da əvvəlki 28 günlük dövrdə 67 ölkədə qeydə alınmış 49 449yoluxma ilə müqayisədə azalma deməkdir.

Bununla yanaşı, Amerika və Avropa regionlarından olan 13 ölkədəyeni yoluxmaların sayında 10 faizdən çox artım müşahidə olunub.Məlumata əsasən, 26 ölkədə ümumilikdə 5 417 nəfər COVID-19 diaqnozuilə xəstəxanaya yerləşdirilib. ÜST-ün iki bölgəsində isə 24 ölkədən224 nəfərin reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilib.

Избранный
24
2
az.trend.az

3Источники