Bakı. Trend:
Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki başverib.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisiEmirhan Topçu sıradan çıxıb.
Türkiyəli futbolçu Super Liqanın 23-cü turunun "Göztepe" iləmatçında ayaq əzələsindən zədələnib. 25 yaşlı mərkəz müdafiəçisinin4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.
Qeyd edək ki, "Beşiktaş" Emirhan Topçunu 2024-cü ilin yayında"Rizespor"dan 3,4 milyon avroya transfer edib. Türkiyə millisininüzvü bu mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 24rəsmi matçda 1 qol vurub.