AZ

"Beşiktaş"ın heyətində ciddi itki baş verib

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Emirhan Topçu sıradan çıxıb.

 

Türkiyəli futbolçu Super Liqanın 23-cü turunun "Göztepe" ilə matçında ayaq əzələsindən zədələnib. 25 yaşlı mərkəz müdafiəçisinin 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.

Qeyd edək ki, "Beşiktaş" Emirhan Topçunu 2024-cü ilin yayında "Rizespor"dan 3,4 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 24 rəsmi matçda 1 qol vurub.

Seçilən
0
5
day.az

7Mənbələr