RU

8 kəndi birləşdirən bələdiyyənin sədrinə "stop" qoyuldu

8 kəndi birləşdirən bələdiyyənin sədrinə "stop" qoyuldu

Yevlax rayonunda yerləşən 8 kəndin bələdiyyə sədrinin ölkədən çıxışına məhkəmə tərəfindən məhdudiyyət qoyulub.

Qaynarinfo-nun məlumatına görə, Yevlax rayonun Xaldan bələdiyyəsinin (Xaldan, Quşçu, Yuxarı Salamabad, Aşağı Salamabad, Qaraoğlan, Əcəmi, Ərəş kəndləri və Meyvəli qəsəbəsi) Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə 30 985.44 manat vergi borcu yaranıb.

Borcun ödənilməməsi səbəbindən 1988-ci il təvəllüdlü bələdiyyə sədri Cəfərov Röyal Kazım oğlu barəsində məhkəməyə şikayət edilib. Məhkəmənin hökmü ilə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Xatırladaq ki, vergi və digər dövlət ödənişlərindən yayınma halları qanunvericiliklə müəyyən edilmiş qaydada şəxslərin hərəkət azadlığının məhdudlaşdırılmasına səbəb ola bilər.

Избранный
12
7
afn.az

8Источники