RU

"Real Madrid" üç gənc futbolçunu geri qaytarmağa hazırlaşır

İspaniyanın "Real Madrid" klubu bu yay transfer pəncərəsində əvvəlki gənc oyunçularını geri almaq hüququndan istifadə etməyi planlaşdırır.

Fanat.Az xəbər verir ki, Madrid təmsilçisi ucuz qiymətə üç istedadlı futbolçunu yenidən heyətinə qatmaq istəyir.

"90min" nəşrinin yaydığı məlumata görə, hədəfdəki isimlərdən biri "Komo"da çıxış edən və 9 milyon avroya başa gələcək hücumameyilli yarımmüdafiəçi Niko Pasdır. Siyahıdakı digər oyunçu isə Almaniyanın "Ştutqart" klubunda forma geyinən 10 milyon avroluq dayaq yarımmüdafiəçisi Çema Andresdir.

Müdafiə xətti üçün klub 8 milyon avro qarşılığında mərkəz müdafiəçisi Xakobo Ramonu geri qaytarmağı nəzərdə tutur. Rəhbərlik yarımmüdafiə və müdafiə mövqelərini gücləndirmək məqsədilə bu transferləri həm büdcəyə uyğun, həm də risksiz variantlar kimi dəyərləndirir.

Избранный
3
1
fanat.az

2Источники