RU

Amerika Birləşmiş Ştatlarında ən çox azarkeşi olan ingilis klubları bəlli oldu

ain.az, Fanat portalına istinadən məlumat yayır.

Amerika Birləşmiş Ştatlarında ən çox dəstəklənən İngiltərə Premyer Liqası klublarının yeni siyahısı açıqlanıb.

Fanat.Az xəbər verir ki, bu reytinqin zirvəsində 22 faiz səslə "Liverpul" klubu qərarlaşıb.

"MenInBlazers" tərəfindən təqdim olunan məlumata görə, sonrakı yerləri müvafiq olaraq Londonun "Arsenal" (16%) və "Çelsi" (13%) komandaları bölüşdürür. "Mançester Yunayted" 7 faizlə dördüncü, "Tottenhem" isə 6 faizlə beşinci pillədə yer alıb.

Siyahının davamında "Everton" klubu səslərin 5 faizini toplayaraq altıncı yerdə qərarlaşıb. Reytinqin son dörd pilləsini isə "Fulhem" (3%), "Mançester Siti" (3%), "Kristal Palas" (3%) və ən sonda qərarlaşan "Lids Yunayted" (1%) komandaları tamamlayır.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
1
fanat.az

2Источники