"Real Madrid"in yarımmüdafiəçisi Eduardo Kamavinqa karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Apasport.az xəbər verir ki, "Liverpul" fransalı futbolçunu transfer etmək istəyir.
Bu barədə "AS" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, mersisaydlılar Kamavinqa üçün La Liqa təmsilçisinə 80 milyon avroluq təklif göndərəcək. "Kral klubu" 23 yaşlı oyunçunun gedişinə müsbət yanaşı.
Qeyd edək ki, "Real" Eduardo Kamavinqanı 2021-ci ilin yayında "Renn"dən 31 milyon avroya transfer edib. Fransa millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Hansı oyun, hansı kanalda? - TV AFİŞA
“Bavariya”da ciddi itki
Zidan məşqçiliyə qayıdır - MİLLİYƏ RƏHBƏRLİK EDƏCƏK
İngiltərəli oyunçu Premyer Liqada klubunu dəyişə bilər
Kazemiro MLS yolunda: “İnter Mayami” hərəkətə keçdi