RU

Macarıstan Rusiyaya qarşı 20-ci sanksiyalar paketini və Ukraynaya 90 mlrd. avro krediti bloklayıb

Macarıstan Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə və Ukraynaya 90 milyard avro həcmində kreditin verilməsinə veto qoyub.

APA xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər Naziri Peter Siyarto Brüsseldə keçirilən Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşünün nəticələrinə əsasən açıqlama verib.

Siyarto bildirib ki, veto qərarına səbəb, Ukrayna ərazisi üzərindən "Drujba" neft boru kəməri ilə Rusiyadan Macarıstana neft tədarükünün dayandırılması olub.

"Açıq şəkildə bildirdim ki, biz Ukraynanın 90 milyard avro dəyərində kredit almasına dəstək verməyəcəyik, çünki ukraynalılar bizi şantaj edirlər", — Macarıstan naziri jurnalistlərə açıqlamasında qeyd edib.

Siyarto Budapeştin mövqeyinin dəyişməsi üçün əsas şərtin Macarıstana neft tədarükünün bərpası olunması olduğunu vurğulayıb.

"Bu bizim hazırkı mövqeyimizdir, buna görə də bu gün nə sanksiyalar paketi, nə də Ukraynanın krediti barədə qərar qəbul edilib", — nazir əlavə edib.

Избранный
2
7
apa.az

8Источники