AZ

Macarıstan Rusiyaya qarşı 20 ci sanksiyalar paketini və Ukraynaya 90 mlrd. avro krediti bloklayıb

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Macarıstan Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə və Ukraynaya 90 milyard avro həcmində kreditin verilməsinə veto qoyub.

APA xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri və ticarət naziri Peter Siyarto Brüsseldə keçirilən Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşünün nəticələrinə əsasən bildirib.

Siyarto deyib ki, veto qərarına Ukrayna üzərindən "Drujba" boru kəməri ilə Rusiyadan Macarıstana neft tədarükünün dayandırılması səbəb olub.

"Açıq şəkildə bildirdim ki, biz Ukraynanın 90 milyard avro dəyərində kredit almasına dəstək verməyəcəyik, çünki ukraynalılar bizi şantaj edirlər", — macar nazir jurnalistlərə açıqlamasında qeyd edib.

Siyarto Macarıstana neft tədarükünün bərpasının Budapeştin mövqeyinin dəyişməsi üçün əsas şərt olduğunu vurğulayıb.

"Bu bizim hazırkı mövqeyimizdir. Buna görə də bu gün nə sanksiyalar paketi, nə də Ukraynaya kredit verilməsi barədə qərar qəbul edilib", — nazir əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
7
apa.az

8Mənbələr