RU

Britaniyalılara Meksikada evdən çıxmamaq çağırışı edilib

London, 23 fevral, AZƏRTAC

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Meksikadakı vətəndaşlarına evdə qalmağı və zəruri olmayan səfərlərdən çəkinməyi tövsiyə edib.

AZƏRTAC bu barədə “Sky News”a istinadla xəbər verir.

Nazirlik bildirib ki, fevralın 22-də Meksikanın Jalisko ştatında, o cümlədən Qvadalaxara və Puerto Valyartada ciddi insidentlər qeydə alınıb.

Böyük Britaniya vətəndaşlara maksimum ehtiyatlı olmağı, yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etməyi və təsirə məruz qalan ərazilərdə zəruri olmayan səfərlərdən yayınmağı məsləhət görüb. Həmçinin şəhərlərarası avtomobil səfərlərinin yalnız gündüz saatlarında həyata keçirilməsi tövsiyə olunub.

Qeyd edək ki, Meksikada “El Menço” ləqəbi ilə tanınan “Jalisco New Generation Cartel”in lideri narkobaron Nemezio Osegueranın hərbi əməliyyat zamanı öldürülməsindən sonra ölkədə zorakılıq dalğası başlayıb. Hazırda vəziyyət gərgin olaraq qalır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Избранный
13
1
azertag.az

2Источники