RU

Regionda genişmiqyaslı gərginliyin baş verməsi ehtimalı aşağıdır Deputat

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin amerikalı həmkarı Donald Trampın Tehranı nüvə razılaşmasına nail olmağa məcbur etmək üçün məhdud hücumları nəzərdən keçirdiyini söyləməsindən sonra ABŞ-nin təzyiqinə təslim olmayacağına söz verib.

İranın güzəşt etməməsi və belə bəyanatlar verilməsi regional eskalasiyaya səbəb ola bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, İranda artıq qaçılmaz sonluğun dərk edildiyi müşahidə olunur.

Onun sözlərinə görə, belə bir qənaət formalaşıb ki, ediləcək güzəştlərdən asılı olmayaraq mövcud şəraitdə müharibə labüd reallıq kimi ortaya çıxır:

"Amerika Birləşmiş Ştatları isə milyardlarla dollar vəsait xərclədikdən sonra məqsədinə çatmadan geri çəkilmək niyyətində deyil. Bu baxımdan, İran Prezidentinin açıqlamaları daha çox real vəziyyətdən irəli gələn məcburi mövqe kimi qiymətləndirilə bilər. Son dövrlərdə baş verən proseslər fonunda İran Prezidentinin hadisələrin mahiyyəti barədə məlumatlılıq səviyyəsinin Laricani ilə müqayisədə daha məhdud olduğu təəssüratı yaranır. İran Prezidenti Məsud Pezeşkian milliyyətcə türk, yəni azərbaycanlı olduğuna görə, Əli Xamenei tərəfindən ona tam etimad göstərilmədiyi və prezidentin komandasının baş verən proseslərdən mümkün qədər kənarda saxlanıldığı iddia olunur".

Millət vəkili əlavə etdi ki, faktiki olaraq prezident səlahiyyətlərinin, hətta müəyyən mənada ali dini liderin səlahiyyətlərinin belə Laricani qardaşları tərəfindən həyata keçirildiyi qeyd edilir:

"Onlardan biri vaxtilə İranda hüquq-mühafizə orqanlarında yüksək vəzifələrdə çalışmış, digəri isə hazırda fars şovinizminin ideoloqlarından biri kimi çıxış edir. Laricani ailəsinin üzvləri milliyyətcə fars olmasalar da, lur mənşəlidirlər və bəzi hallarda fars şovinizmi mövqeyindən çıxış edirlər. Nəzərə almaq lazımdır ki, lurlar da farsdilli etnik qruplardan biri hesab olunur. Bu baxımdan, Məsud Pezeşkian tərəfindən səsləndirilən bəyanatların daha çox formal xarakter daşıdığı düşünülür. Regional eskalasiyaya gəldikdə isə, regionda genişmiqyaslı gərginliyin baş verməsi ehtimalı aşağı qiymətləndirilir. İran kifayət qədər böyük dövlətdir və onun daxilində baş verən proseslərin əsasən ölkə sərhədləri daxilində qalacağı gözlənilir. Bəzən region ölkələrini təhdid altında saxlamaq məqsədilə Azərbaycanda və ya Türkiyədə sabitliyin pozula biləcəyi ilə bağlı fikirlər səsləndirilir. Lakin bu sabitlik pozulmadığı təqdirdə, kənar müdaxilə ehtimalının zəif olduğu vurğulanır. Nəticə etibarilə, İran xalqının öz iradəsi ilə yeni hakimiyyət formalaşdırmaq imkanı əldə edə biləcəyi ehtimalı gündəmdə qalır".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
6
1
redaktor.az

2Источники