Niderlandlı mütəxəssis Dik Advokatın Kurasao millisinin baş məşqçisi postunu tərk etmə səbəbi açıqlanıb.
Publika.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Bəyanatda 78 yaşlı məşhur məşqçinin qızına görə vəzifəsindən getdiyi qeyd olunub:
“Dik Advokat Kurasao futbol millisinin baş məşqçisi vəzifəsindən ayrılıb, onun yerinə Fred Ryutten təyin olunub. Advokat səhhətində problemlər yaranan qızına tam diqqət ayırmaq qərarına gəlib”.
Kurasao yığması Advokatın rəhbərliyi altında tarixində ilk dəfə 2026-cı il futbol üzrə dünya çempionatında iştirak hüququ qazanıb. Mütəxəssis komandaya 2024-cü ilin yanvarından rəhbərlik edirdi.