RU

“KazMunayGas” və “TotalEnergies” şirkətləri Kaşağan yatağının işlənməsini və külək elektrik stansiyası layihəsini müzakirə ediblər

Astana, 23 fevral, AZƏRTAC

“KazMunayGas” Milli Şirkəti Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Ashat Xasenov “TotalEnergies” şirkətinin Asiya-Sakit okean regionu üzrə yeni təyin olunmuş baş vitse-prezidenti Mansur Jakupov və şirkətin Qazaxıstan üzrə rəhbəri Yunes Frude ilə görüşüb.

AZƏRTAC “KazMunayGas” şirkətinə istinadla xəbər verir ki, görüş əsnasında tərəflər ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini və planları müzakirə ediblər. Xüsusilə, Şimali Xəzər layihəsinin gedişatı nəzərdən keçirilib. Kaşağanın ölkə üçün strateji əhəmiyyətini nəzərə alaraq, Xasenov qazax seqmentinin artırılmasına, yerli kadrların hazırlanmasına və texnologiya ötürülməsinə xüsusi diqqət yetirərib, yataqların sonrakı işlənməsi üçün son tarixlərə riayət etməyin vacibliyini vurğulayıb.

Bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq da müzakirə olunub. Tərəflər Jambıl bölgəsində 1 QVt gücündə külək elektrik stansiyasının tikintisini nəzərdə tutan “Mirnı” müştərək layihəsini müzakirə ediblər.

KMG və “TotalEnergies” hazırda əsas layihəni hazırlayıblar və ətraflı layihələndirmə başa çatmaq üzrədir. Şirkətlər “Mirnı” layihəsinin praktiki icrası istiqamətində irəliləmək üçün bütün zəruri prosedurların tamamlanmasını sürətləndirmək niyyətlərini təsdiqləyiblər.

 
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Избранный
15
1
azertag.az

2Источники