RU

Onlar da doğma yurda qayıtdılar FOTOLAR (YENİLƏNİB)

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fevralın 23-də doğma yurduna yola salınan köç karvanları Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə çatıb.

"Unikal" xəbər verir ki, bu mərhələdə köçürülən Ağdərə rayonunun Çıldıran kəndinə 46 nəfərdən ibarət 10 ailəyə, Aşağı Oratağ kəndinə 141 nəfərdən ibarət 29 ailəyə, Heyvalı kəndinə 84 nəfərdən ibarət 17 ailəyə, Çapar kəndinə isə 22 nəfərdən ibarət 7 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***12:44

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

"Unikal" xəbər verir ki, Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdərənin Çıldıran kəndinə 10 ailə, 46 nəfər, Aşağı Oratağ kəndinə 29  ailə, 141 nəfər, Heyvalı kəndinə 17 ailə, 84 nəfər və Çapar kəndinə isə 7 ailə, 22 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
4
unikal.az

10Источники