AZ

Növbəti köç karvanları Ağdərənin kəndlərinə çatıb - FOTO - VİDEO - YENİLƏNİB-1

Ağdərə rayonuna daha 293 nəfər köçürülüb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, bu gün Ağdərə rayonunun dörd yaşayış məntəqəsinə ümumilikdə 293 nəfərdən ibarət 63 ailə qayıdıb.

Məlumata əsasən, Çıldıran kəndinə 46 nəfər (10 ailə), Çapar kəndinə 22 nəfər (7 ailə), Aşağı Oratağ kəndinə 141 nəfər (29 ailə), Heyvalı kəndinə isə 84 nəfər (17 ailə) köçürülüb.

Sakinləri Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov salamlayaraq onları əlamətdar gün münasibətilə təbrik edib. Sonra mənzillərin açarları təqdim olunub.

“Böyük Qayıdış” proqramı çərçivəsində rayonun sosial-iqtisadi dirçəlişi istiqamətində tədbirlər mərhələli şəkildə davam etdirilir.

***

13.52

Növbəti köç karvanları Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Ağdərənin Çıldıran kəndinə 10 ailə, 46 nəfər, Aşağı Oratağ kəndinə 29 ailə, 141 nəfər, Heyvalı kəndinə 17 ailə, 84 nəfər, Çapar kəndinə isə 7 ailə, 22 nəfər köçürülüb.

***

12.00

Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə növbəti köç karvanları yola salınıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Ağdərənin Çıldıran kəndinə 10 ailə, 46 nəfər, Aşağı Oratağ kəndinə 29 ailə, 141 nəfər, Heyvalı kəndinə 17 ailə, 84 nəfər, Çapar kəndinə isə 7 ailə, 22 nəfər köçürülüb.

Ağdərəyə köçürülənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, bu yolda şəhid olanlara rəhmət diləyiblər.

Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti
Seçilən
0
4
apa.az

10Mənbələr