RU

Qızının səhhətində problem yarandı - Millidən istefa verdi

style='margin-bottom:10px;'>

Niderlandlı mütəxəssis Dik Advokat Kürasao millisinin baş məşqçi vəzifəsindən ayrılıb.

QOL.az xəbər verir ki, bu barədə Kürasao millisinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təcrübəli mütəxəssisin gedişinə səbəb qızının səhhətində yaranan ciddi problemlərdir. Advokat bundan sonra əsas diqqətini yalnız qızının səhhətinə yönəldəcək.

“Mən həmişə deyirəm ki, ailə futboldan daha vacibdir, buna görə də bu, təbii qərardır” - deyə o vurğulayıb.

78 yaşlı məşqçi 2024-cü ildən Kürasao yığmasına rəhbərlik edirdi. Onun rəhbərliyi altında milli komanda bu yay ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Kürasao yığması mundialın E qrupunda Almaniya, Kot-d’İvuar və Ekvador milliləri ilə mübarizə aparacaq.

Избранный
4
2
teleqraf.com

3Источники