RU

İldə 10 aydan az işləyənlərin icazəsi ləğv oluna bilər

Rusiya Dövlət Dumasına təqdim edilən yeni qanun layihəsinə əsasən, bir təqvim ili ərzində 10 aydan az müddətdə işləyən əcnəbilərin yaşayış icazəsi (VNJ) və ya müvəqqəti yaşama icazəsi (RVP) ləğv edilə bilər. 

Dəyişiklik miqrantların faktiki olaraq Rusiyada işləyib-işləmədiklərinin daha sərt şəkildə nəzarətdə saxlanmasını hədəfləyir.

"Cebheinfo.az" xəbər verir ki, layihə həmçinin miqrantların əmək patenti almasını və ya mövcud patentlərini uzatmasını gəlir şərti ilə əlaqələndirir. Buna görə, əcnəbinin öz adına və ya Rusiyada birlikdə yaşadığı hər bir ailə üzvü üçün hesablanan gəliri müvafiq bölgədəki minimum yaşayış səviyyəsindən aşağı olarsa, patent verilməyəcək və ya yenilənməyəcək. Bu gəlir məlumatları vergi orqanları tərəfindən avtomatik şəkildə Daxili İşlər Nazirliyinə ötürüləcək.

Digər tərəfdən, Maliyyə Nazirliyi fevralın 9-da Vergi Məcəlləsində dəyişiklik nəzərdə tutan ayrıca layihə hazırlayıb. Dəyişikliklə sabit avans xarakterli gəlir vergisini (NDFL) ödəməli olan əcnəbilərin dairəsi genişləndirilir.

Belə ki, Rusiyada müvəqqəti və ya daimi yaşama icazəsi ilə olan və fiziki şəxslər üçün “şəxsi, məişət və ya oxşar ehtiyaclar” çərçivəsində çalışan əcnəbilər, eləcə də tələb olunan icazə və ya patent olmadan bu şərtlərlə işləyən şəxslər də bu vergi öhdəliyinə cəlb ediləcək.

Избранный
7
1
cebheinfo.az

2Источники