Növbəti köç karvanları Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə çatıb.
Publika.az xəbər verir ki, bu mərhələdə Ağdərənin Çıldıran kəndinə 10 ailə, 46 nəfər, Aşağı Oratağ kəndinə 29 ailə, 141 nəfər, Heyvalı kəndinə 17 ailə, 84 nəfər, Çapar kəndinə isə 7 ailə, 22 nəfər köçürülüb.
Bildirilib ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.