RU

Azərbaycan eksponatları Özbəkistan Dövlət Tarix Muzeyinin daimi ekspozisiyasında nümayiş olunacaq

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 23 fevral, AZƏRTAC

Özbəkistan Dövlət Tarix Muzeyində Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə muzeyin direktoru Cənnət İsmayılova arasında görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, görüşdə tərəflər muzey fəaliyyətinin mövcud vəziyyəti, ikitərəfli mədəni əməkdaşlığın inkişaf perspektivləri, həmçinin birgə sərgi və elmi-maarifləndirici layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Qeyd olunub ki, humanitar sahədə əməkdaşlığın genişləndirilməsi Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərinin davamlı inkişafı çərçivəsində həyata keçirilir və bu proses Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin həyata keçirdiyi siyasət nəticəsində daha da möhkəmlənir.

Tərəflər, həmçinin iki xalqın zəngin tarixi-mədəni irsinin təbliği istiqamətində əməkdaşlığın genişləndirilməsi və muzeylərarası əlaqələrin yeni mərhələyə yüksəldilməsi məsələlərinə xüsusi diqqət yetiriblər.

Görüşün yekununda Özbəkistan Dövlət Tarix Muzeyində Azərbaycanın tarixi, mədəniyyəti və dövlətçilik ənənələrinə həsr olunmuş daimi ekspozisiya bölməsinin Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində yaradılması, ekspozisiyanın mərkəz tərəfindən formalaşdırılması və ölkəmizə məxsus eksponatlarının muzeydə daimi əsasda nümayiş etdirilməsi barədə razılıq əldə olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
7
azertag.az

1Источники