RU

Prezidentin təltif etdiyi Zəka Talıbov kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “AzerGold QSC” əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

ONN media xəbər verir ki, təltif olunan şəxslər arasında cəmiyyətin təmir-tikinti və texniki təminat şöbəsinin müdiri Zəka Talıbov da yer alıb.
Zəka Talıbov ali təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat texnologiyaları, tikinti materialları, məmulatları və konstruksiyaların istehsalı fakültəsində alıb. O, həmçinin layihələrin idarə olunması sahəsində beynəlxalq səviyyədə tanınan “Project Management” və “IPMA Level B” sertifikatlarına malikdir.
Peşəkar fəaliyyətinə 2013-cü ildən başlayan Zəka Talıbov ixtisası üzrə layihəçi və mühəndis-layihəçi kimi çalışıb. Daha sonra “RamCO” MMC-də texniki ofis mühəndisi vəzifəsini icra edib. 2017-ci ildən etibarən “AzerGold” QSC-də müxtəlif vəzifələrdə fəaliyyət göstərib. 2022-ci ildən isə cəmiyyətin Təmir-tikinti və energetika şöbəsinin müdiri vəzifəsində çalışır.
Qeyd edək ki, “Tərəqqi” medalı dövlət və cəmiyyət qarşısında səmərəli fəaliyyətə, yüksək peşəkarlığa və xidmətlərə görə təqdim olunur.

Избранный
5
5
onn.az

6Источники