RU

Ədalət təmsilçiləri meydan sahiblərinə qarşı daha amansızdır, yoxsa qonaqlara? - Hakimliyin mənzərəsi

Misli Premyer Liqasında 21 tur geridə qalıb. Keçirilən 124 oyunda ("Qəbələ" - "Turan Tovuz" və "Neftçi" - "Qarabağ" görüşləri təxirə salınıb) 15 hakim iş başında olub. 

Fanat.Az-ın hesablamasına görə, son turda Əliyar Ağayev, Fərid Hacıyev, İnqilab Məmmədov, Rəvan Həmzəzadə və Rəşad Əhmədov oyun idarə edib.

Həm Əliyarın, həm də Fəridin bu turda baş hakim kimi təyinat alması hər iki ədalət təmsilçisinin digər həmkarlarından önə çıxmasına, həmçinin "ikihakimiyyətliy"ə rəvac verib. Hesablarında 11 oyun olan Rauf Cabarov və Cavid Cəlilov isə liderlərin ən yaxın izləyiciləridir. 

21-ci turda bir futbolçuya qırmızı vərəqə göstərilib. Əliyar Ağayev "Sabah"ın oyunçusu Şakir Seyidovu meydandan qovub. Beləliklə, hakimlər cari turda 1-i "qırmızı" olmaqla, cəmi 17 vərəqədən istifadə ediblər. 

Hakimlər 17 vərəqədən 7-ni (1-i qırmızı) meydan sahiblərinə, 10-nu isə qonaq komandanın oyunçularına göstəriblər. Mövsümün geridə qalan hissəsi ərzində müvafiq göstərici belədir: 238 sarı (12 qırmızı) - 255 sarı (5 qırmızı). 

Beləliklə, 21 turun yekununda sarı vərəqə sayı 493-ə çatıb. Mövsümün geridə qalan hissəsi ərzində 17 "qırmızı" göstərilib. Nəticədə ümumi vərəqə sayı beş yüzü ötərək 510-a bərabər olub. Bu da orta hesabla hər turda 24,3, hər oyunda 4,1 vərəqə deməkdir. 

İyirmi bir tur ərzində FİFA referisi Əliyar Ağayev o birilərdən çox əlini cibinə atıb. O, 68 vərəqədən istifadə edib ki, bunun 6-nın rəngi qırmızı olub. Onu 3-ü qırmızı olmaqla, 46 vərəqədən yararlanan Kamal Umudlu təqib edir. 

Əliyar Ağayev - 12 oyun

meydan sahibi     30 sarı  5 qırmızı
qonaqlar              32         1
cəmi:                   62         6

Fərid Hacıyev - 12 oyun

meydan sahibi   25   1 
qonaqlar            13    0
cəmi:                  38   1

Cavid Cəlilov - 11 oyun

meydan sahibi    17    1
qonaqlar             22    1
cəmi:                  39     2

Rauf Cabarov -  11 oyun

meydan sahibi    18    0
qonaqlar    21   1
cəmi:    39    1

Kamal Umudlu - 10 oyun

meydan sahibi    22    3
qonaqlar    21    0
cəmi:    43   3

Tural Qurbanov - 10 oyun

meydan sahibi 22    1
qonaqlar    21    0
cəmi:    43    1

Elçin Məsiyev - 10 oyun

meydan sahibi    22    0
qonaqlar             21    1
cəmi:                  43    1

Rəşad Əhmədov - 9 oyun

meydan sahibi    15    0
qonaqlar    26    0
cəmi:   41    0

Rəvan Həmzəzadə - 9 oyun

meydan sahibi    18    0
qonaqlar    19    1
cəmi:    37    1

İnqilab Məmmədov -  9 oyun

meydan sahibi  16   0
qonaqlar    21    0
cəmi:    37    0

Kamranbəy Rəhimov - 8 oyun

meydan sahibi  9    0
qonaqlar    16    0
cəmi:   25    0

Əli Əliyev - 6 oyun

meydan sahibi  10    1
qonaqlar    11    0
cəmi:   21    1

Elvin Bayramov - 3 oyun

meydan sahibi  9    0
qonaqlar    4    0
cəmi:    13    0

Nicat İsmayıllı - 2 oyun

meydan sahibi  4    0
qonaqlar    6    0
cəmi:    10    0

Vüqar Həsənli - 2 oyun

meydan sahibi  1    0
qonaqlar    1    0
cəmi:    2    0

Mirağa

Избранный
2
fanat.az

1Источники