RU

Putin təbrik etdi, amma gənclər rədd edir: 23 fevral rusların da gözündən düşüb

ain.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Rus gəncləri 23 fevralın hərbçilərə və ya döyüş veteranlarına həsr olunmuş bir gün kimi qəbul edilməsi ideyasını getdikcə daha çox rədd edirlər.

Hurriyyet.org xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi bir araşdırmaya istinadən məlumat yayıb.

Agentliyin istinad etdiyi sorğu gənclərin bayrama baxışlarında dəyişiklikləri ortaya çıxarıb. Məlum olub ki, əksəriyyəti bu gün bayram kimi qeyd etmir.

Həmçinin qeyd olunur ki, rusların 44% hələ də 23 fevralı Vətən Müdafiəçisi Günü kimi qəbul edir. Respondentlərin otuz səkkiz faizi bu günü bütün kişilərin günü hesab edir.

Rusiya Prezidenti Vladimir Putin 23 fevral gecəsi rusiyalıları Vətən Müdafiəçisi Günü münasibətilə təbrik etdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
1
hurriyyet.az

2Источники