RU

Azərbaycanda ən baha və ən ucuz kirayə mənzilər bu ərazilərdədir - SİYAHI

Əmlak bazarında artan satış qiymətləri kirayə mənzil bazarına da təsirsiz ötüşmür.

Day.Az xəbər verir ki, bahalaşma əsasən mərkəzi ərazilərdə müşahidə olunur və bu artım binanın tipinə, yerləşdiyi əraziyə, təmir vəziyyətinə, mərkəzə və metroya yaxınlığına görə dəyişir.

Maklerlərin sözlərin əgörə, şəhərə yaxın və infrastrukturu inkişaf etmiş ərazilərdə kirayə qiymətləri 600-1000 manat arasında dəyişir. Yeni tikili və təmirli mənzillərdə isə bu rəqəm 1400 manata qədər yüksəlir.

Ən yüksək kirayə qiymətləri Səbail rayonu ərazisində qeydə alınır. Burada kirayə haqqı orta hesabla 1400 manatdır. Nəsimi rayonunda kirayə qiymətləri təxminən 1000 manat civarındadır. Nərimanov rayonu, Xətai rayonu və Yasamal rayonunda da kirayə qiymətləri yüksəkdir.

Mərkəzi rayonlarda iş yerlərinə və təhsil müəssisələrinə yaxınlıq da qiymət artımına səbəb olur. Yeni tikili binalarda kirayə haqqı 1000-1500 manat arasında dəyişir. Köhnə tikililərdə isə bu göstərici 800-1200 manat təşkil edir.

Paytaxtda baha və ucuz kirayə mənzil qiymətlərini təqdim edirik.

Yeni tikili mənzillər üzrə orta kirayə qiymətləri

Rayon

Qiymət (AZN)

Səbail rayonu

1400

Nəsimi rayonu

1000

Nərimanov rayonu

800

Xətai rayonu

800

Yasamal rayonu

700

Nizami rayonu

700

Binəqədi rayonu

650

Suraxanı rayonu

550

Sabunçu rayonu

500

Xəzər rayonu

450

Qaradağ rayonu

400

Pirallahı rayonu

300

Köhnə tikili mənzillər üzrə orta kirayə qiymətləri

Rayon

Qiymət (AZN)

Səbail rayonu

1000

Nəsimi rayonu

700

Nərimanov rayonu

600

Xətai rayonu

550

Yasamal rayonu

550

Nizami rayonu

550

Binəqədi rayonu

500

Suraxanı rayonu

450

Sabunçu rayonu

400

Xəzər rayonu

300

Qaradağ rayonu

300

Pirallahı rayonu

250

Mənzil bazarındaki mənbə bildirib ki, daha ucuz ərazilər sırasında Xəzər rayonunun Binə qəsəbəsi, Xətai rayonunun NZS və Hövsan qəsəbələri göstərilir. Bu ərazilərdə kirayə qiymətləri 250-300 manat arasında dəyişir. Həmçinin Pirallahı rayonu və Qaradağ rayonunda da tələbatın nisbətən aşağı olması səbəbindən kirayə qiymətləri 250-300 manat civarındadır.

Ümumilikdə, paytaxtla regionlar arasında kirayə qiymətlərində ciddi fərq mövcuddur. Payız aylarında, xüsusilə yeni tədris ilinin başlanması ilə kirayə mənzil bazarında canlanma müşahidə olunur.

Elvin Səxavətoğlu
Day.Az

Избранный
6
day.az

1Источники