RU

Deputat tərəfindən döydürüldüyü deyilən şəxs işdən çıxdı

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Günay Ağamalının köməkçisi Pərviz Mirizadə işindən ayrılıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, o, ötən həftə sözügedən vəzifəni tərk edib.

Xatırladaq ki, bir neçə gün əvvəl deputat Günay Ağamalının atası Fəzail Ağamalının yas mərasimində köməkçisi Pərviz Mirizadəni mühafizəçilərinə döydürməsi ilə bağlı iddialar yayılmışdı.

Lakin hər iki tərəf bu xəbərləri təkzib etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
13
axar.az

10Источники