
Kim Çen In yenidən Koreya Əmək Partiyasının baş katibi seçilib .
Yeniavaz.com xəbər verir ki, bu barədə Pxenyanın Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Məlumata görə, Partiyanın 9-cu Qurultayı Kim Çen Inın yenidən partiyanın Baş katibi seçilməsi ilə bağlı təklifə yekdilliklə səs verib.