RU

Ağdərənin dörd kəndinə daha 63 ailə yola salındı

Ağdərə rayonunun Aşağı Oratağ, Çıldıran, Çapar və Heyvalı kəndlərinə ümumilikdə daha 63 ailə yola salınıb.

"Yeni Sabah" xəbər verir ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Aşağı Oratağa 29 (141 nəfər), Çıldırana 10 (46 nəfər), Çapara 7 (22 nəfər) və Heyvalıya 17 ailə (84 nəfər) köçürülüb.

Bu köç də daxil olmaqla Ağdərə rayonunun 9 kəndinə 787 ailənin (3 min 11 nəfər) daimi qayıdışı təmin edilib.


Telegram kanalımız
Избранный
13
14
yenisabah.az

8Источники