AZ

Ağdərənin dörd kəndinə daha 63 ailə yola salınıb

Ağdərə rayonunun Aşağı Oratağ, Çıldıran, Çapar və Heyvalı kəndlərinə ümumilikdə daha 63 ailə yola salınıb.

AzNews.az xəbər verir ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Aşağı Oratağa 29 (141 nəfər), Çıldırana 10 (46 nəfər), Çapara 7 (22 nəfər) və Heyvalıya 17 ailə (84 nəfər) köçürülüb.

Seçilən
0
14
aznews.az

8Mənbələr