RU

O tribunaya Anatoli Banişevskinin adı verildi - Şəkillər

style='margin-bottom:10px;'>

“Neftçi” Futbol Klubu əfsanəvi oyunçusu Anatoli Banişevskinin xatirəsini əbədiləşdirib.

QOL.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, bu gündən etibarən “Neftçi”nin stadionunun ən böyük tribunalarından biri – “Cənub” tribunası Azərbaycan futbolunun əfsanəsi, anadan olmasından 80 il ötən Anatoli Banişevskinin adını daşıyacaq.

“Bununla “Neftçi” PFK əfsanəvi “9 nömrə”nin adının əbədiləşdirilməsi yolunda növbəti addımı atır” - deyə məlumatda bildirilib.

Əlavə edək ki, bu gün Anatoli Banişevskinin anadan olmasından 80 il ötür.

 
 
 
 

SəhifəninYuxarı
Избранный
14
4
teleqraf.com

7Источники