RU

Azərbaycanda qızıl və gümüş istehsalı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2026-cı ilin yanvar ayında mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 207.8 kiloqramı qızılın, 329.8 kiloqramı isə gümüşün payına düşüb.  

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, qızıl istehsalı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 22%, gümüş istehsalı isə 12,2% azalıb.

Fevralın 1-nə olan vəziyyətə əsasən, ölkədə 103,6 kiloqram hazır qızıl, 550,4 kiloqram hazır gümüş ehtiyatı var.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
2
banco.az

1Источники