RU

Mağazada baş verən yanğın söndürüldü - YENİLƏNİB

Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Elşən Suleymanov küçəsində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Hafta.az-a bildiriblər ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onsəkkizmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən gül mağazasında yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən edilib.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən digər obyektlərə və mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 38 kvadratmetr olan mağazanın konstruksiyaları yanıb.

Digər obyektlər və mənzillər yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

08:36

Səhər saatlarında Bakıda partlayış

Bakı şəhəri, Nizami rayonunda yanğın hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, yanğın Elşən Süleymanov küçəsi, 137a ünvanında fəaliyyət göstərən gül satışı mağzasında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən mağazada partlayışla müşahidə edilən yanğın hadisəsinin baş verməsi barədə ilkin məlumat daxil olub.

Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

Избранный
3
28
hafta.az

10Источники