RU

Berdıməhəmmədov ABŞ-də: Səfərin məqsədi gizli qaldı

Türkmənistan Xalq Məclisinin sədri Qurbanqulu Berdiməhəmmədov fevralın 16-18-də ABŞ-nin Florida ştatına 3 günlük səfər edib.

"Yeni Sabah" xəbər verir ki, dövlət mediasında səfərin dövlətlərarası münasibətlər üçün "geniş perspektivlər açacağı" bildiriləsə də, Türkmənistan liderinin ABŞ-dəki proqramının konkret təfərrüatları açıqlanmayıb.

Bundan başqa, yolda insident olub. Berdiməhəmmədov Fort-Loderdeyl Beynəlxalq Hava Limanına EZ-A780 nömrəli "Boeing 777" təyyarəsi ilə gəlib. Təyyarəni videoya çəkən yerli bloqçular və jurnalistlərin sözlərinə görə, hava gəmisinin üfüqi stabilizatoru zədələnib. Texniki nasazlıq ucbatından ehtiyat "Boeing 737" Aşqabaddan ABŞ-yə yola salınıb.

Ehtiyat təyyarəsi Şotlandiyanın Qlazqo şəhərində yanacaq doldurma məntəqəsində dayanıb, Florida hava limanında təxminən 4 saat qalıb və sonra nümayəndə heyətini götürüb. Türkmənistana qayıdış reysində təyyarə Münhendə daha bir texniki eniş edib.

Qurbanqulu Berdiməhəmmədovun Floridada qalmasının məqsədi hələ də ekspert müzakirələrinin mövzusudur. Rəsmi qeydlərdə ABŞ hökumət rəsmiləri ilə görüşlər barədə heç bir məlumat verilməyib.

ABŞ Prezidenti Donald Trampın şəxsi iqamətgahı olan Mar-a-Laqo Fort-Loderdeyl hava limanından cəmi 45 dəqiqəlik məsafədə yerləşir və bu da səfərin qeyri-rəsmi gündəliyi ilə bağlı ehtimallara səbəb olur.


Telegram kanalımız
Избранный
24
yenisabah.az

1Источники