RU

Tural Abbaslı Əli Kərimlinin əleyhinə ifadə verib?

Ağ Partiyanın sədri Tural Abbaslı həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin əleyhinə ifadə verməsi barədə iddialara münasibət bildirib.

KONKRET.az xəbər verir ki, T.Abbaslı pravda.az-a açıqlamasında deyib ki, bu, həqiqətə uyğun deyil.

“Adam heç buna fikir bildirmək istəmir. Ağızlarına nə gəldi, gözlərinə nə göründü, danışırlar. Məsuliyyət yox, bir şey yox. Buna nə deyə bilərəm? Heç nə… Mənasız adamların mənasız söz yığınıdır. Psixoloji problemləri olan adamlardırlar. Bu iddanı irəli sürən adamın psixoloji problemləri var. Özü üçün danışır. Haqqımda səslənən bu iddia ilə bağlı hər hansı paylaşım da etmədim. Niyə? Çünki yenə qeyd edirəm, bunu deyən o qədər qeyri-ciddi, mənasız adamdır ki, dediklərinə reaksiya vermək də doğru deyil”, – o qeyd edib.

Избранный
4
1
konkret.az

2Источники