RU

Meksikada kartel liderinin öldürülməsindən sonra səkkiz ştatda iğtişaşlar başlayıb

Yollar bağlanıb, avtomobillər yandırılıb, Qvadalaxara hava limanında təhlükəsizlik rejimi gücləndirilib...

Meksikada “El Menço” ləqəbi ilə tanınan Nemesio Osegera Servantesin öldürülməsindən sonra ölkənin bir sıra bölgələrində genişmiqyaslı iğtişaşlar baş verib.

Poliqon xəbər verir ki, bu barədə El Universal qəzeti məlumat yayıb.

Məlumata görə, iğtişaşlar Xalisco ştatı, Miçoakan ştatı, Kolima ştatı, Qerrero ştatı, Aguascalientes ştatı, Quanaxuato ştatı, Nayarit ştatı, Sakatekas ştatı və Tamaulipas ştatı ərazilərini əhatə edib. Kartel üzvləri əsas magistral yolları bağlayıb, nəqliyyat vasitələrini yandıraraq bölgələrdə nəqliyyatın hərəkətini iflic vəziyyətinə salıblar.

Xüsusilə Xalisco ştatının paytaxtı olan Qvadalaxara şəhərində vəziyyətin gərgin olduğu bildirilir. Şəhərin beynəlxalq hava limanında təhlükəsizlik siqnalı işə düşüb, sərnişinlərin hərəkəti məhdudlaşdırılıb. Nyuarkdan Mexikoya uçan və Qvadalaxarada eniş edən reysin sərnişinlərindən biri bildirib ki, vəziyyətə görə insanların təyyarəni tərk etməsinə icazə verilməyib.

Onun sözlərinə görə, eniş zamanı artıq iğtişaşlar başlamışdı, bəzi insanlar təhlükəsizlik məqsədilə uçuş-enmə zolağına doğru qaçır, ətraf ərazilərdə yanğınlar və güclü tüstü müşahidə olunurdu. Hava limanı ərazisində çoxsaylı təhlükəsizlik avtomobilləri yerləşdirilib.

Xatırladaq ki, Jalisco New Generation Cartel (CJNG) lideri Nemesio Osegera Servantes Tapalpa şəhərində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı öldürülüb. Onun ölümü Meksika Müdafiə Nazirliyi tərəfindən X platformasında təsdiqlənib.

Rəsmi məlumata əsasən, əməliyyat zamanı baş verən atışmada kartelin dörd üzvü həlak olub, üç nəfər isə ağır yaralanıb. Onlar hava yolu ilə Mexikoya aparılarkən həyatını itirib. Ölənlər arasında “El Menço”nun da olduğu bildirilib.

Ekspertlər hesab edir ki, kartel liderinin zərərsizləşdirilməsi təşkilat daxilində güc mübarizəsini və ölkənin müxtəlif bölgələrində zorakılıq risklərini daha da artırır.

Poliqon.info

Избранный
26
poliqon.info

1Источники