RU

ABŞ İranı vurarsa, Xamenei... Sensasiya

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ-ın İrana mümkün hərbi zərbələri Əli Xameneinin hakimiyyətdən uzaqlaşdırılmasına gətirib çıxarmayacaq.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin keçmiş Baş naziri Ehud Olmert “Izvestiya” qəzetinə müsahibəsində bildirib.

Keçmiş  baş naziri qeyd edib ki, ABŞ və İran gələcəkdə razılığa gələrək yeni saziş imzalaya bilər. Onun sözlərinə görə, hərbi əməliyyat baş verərsə, Israel bu əməliyyatda iştirak etməməlidir.

“Mən İsrailin yox, Amerikanın İrana zərbə endirməsini üstün tutardım. Əgər ABŞ İran hökumətini devirmək məqsədinə çatacağına inanırsa, o zaman addım ata bilər”, – deyə Olmert əlavə edib.

Qeyd edək ki, daha əvvəl “Bild” qəzeti ABŞ-ın 23 və ya 24 fevral tarixlərində İrana hərbi hücum ehtimalının ola biləcəyini yazmışdı.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
globalinfo.az

1Источники