Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı dörd nəfər xəsarət alıb.
Aznews.az xəbər verir ki, hadisə rayonun Aran 1 qəsəbəsində qeydə alınıb.
Belə ki, "AUDİ" markalı avtomobil ikisi azyaşlı olmaqla, dörd nəfəri vurub.
Yaralılar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.