AZ

"Audi" dörd piyadanı VURDU

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı dörd nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Aran-1 qəsəbəsində qeydə alınıb.

Belə ki, "Audi" markalı avtomobil ikisi azyaşlı olmaqla, dörd nəfəri vurub.

Yaralılar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunublar. Hadisənin baş vermə səbəbləri araşdırılır./Report

Seçilən
0
1
bakivaxti.az

10Mənbələr