RU

Azər Bağırov: “Qarabağ”la ədavətimiz, rəqabətimiz yoxdur” – ARENA.AZ

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 21-ci turu çərivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşündə qonaqlar 0:1 hesabıyla məğlub olublar.

Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularıma yaxşı vuruşduqları üçün təşəkkür edirəm. Ani diqqətsizlikdən qapımızdan qol buraxdıq. Ən yaxşı oyunçularımızı meydana buraxdıq. Futbolçularım üçün gözəl təcrübə oldu. Soyuq havada stadiona gələn azarkeşlərə də minnətdarlığımı bildirirəm.

Ötən il legioner daha çox idi. Digər komandalarla müqayisə etsəniz, ən az legioner hazırda bizdədir. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. “Turan Tovuz”la matçda fikir versəniz, rəqibin heyətində 2 azərbaycanlı futbolçu var idisə, bizdə bu rəqəm 9 idi. Bu gün keçirilən matçda da “Sabah”ın heyətində elə bir məqam oldu ki, meydanda rəqibdə azərbaycanlı futbolçu yox idi, bizdə isə 7 nəfər mübarizə aparırdı.

“Qarabağ”la bizim nə ədavətimiz, nə də rəqabətimiz var. Azərbaycanda avropadakı uğurlarına görə, hörmət olunası klub varsa, bu, “Qarabağ”dır”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
6
11
arena.az

10Источники